KepezTV Player
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İsmət Adilzadə bu gecə saat 2 radələrində idarə etdiyi “LADA” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb. Ağaca çırpılaraq xilasedici köməyinə ehtiyac yarandığından hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.Xilasedicilər sıxılı vəziyyətdə qalan 24 yaşlı sürücü və sərnişin, 25 yaşlı Ayazxan İbadullayevin meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
- Baxış: 886