KepezTV Player
Gəncədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99- cu ildönümünə həsr edilmiş “Tələbə Sağlamlıq Spartakiadası” keçirilib. Fevral ayından başlayan və 3 ay davam edən proqrama Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin müəllim və tələbə heyəti olmaqla ümumilikdə 500- dən çox iştirakçı qatılıb. Spartakiada basketbol, voleybol, mini futbol, atletika, şahmat, dama və stolüstü tennis olmaqla 7 idman növü üzrə keçirilib. Proqram çərçivəsində 430 nəfər diplom və sertfikartlarla təltif olunub.
- Baxış: 624