• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 03.06.2022 12:08

Ermənistan gərginlik yaradır

KepezTV Player

İyunun 2-si axşam saatlarından, iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri, dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən, Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini, qumbaraatan və iri çaplı silahlardan istifadə etməklə növbəti dəfə atəşə tutub. Bu barədə müdafiə nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Ordumuzun bölmələri dərhal cavab tədbirləri görüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır. Vurğulanır ki, Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Bildirilir ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.