• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1369
— 31.05.2022 10:27

Yol qəzasında 3 nəfər xəsarət alıb

KepezTV Player

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb. Nəticədə 3 nəfər - 1985-ci il təvəllüdlü V.Cəfərov, 1974-cü il təvəllüdlü T.Qocayev və 1985-ci il təvəllüdlü R.Mamedov xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırmalara başlanılıb.