Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına ikinci cəhd qəbul imtahanı keçirilib. İmtahan Gəncə də daxil olmaqla, respublikanın 6 şəhərində təşkil olunub. Gəncədə 5 binada təşkil edilən imtahanda 1247 nəfər bakalavr iştirak edib. Gedişatı 15 imtahan rəhbəri və 112 nəzarətçi müəllim izləyib. Bakalavrlar 3 saat ərzində onlara verilən sualları cavablandırıblar. ((SOT ХР 00:00:30 NAME:Nəsimi Məmmədov TITLE:ümumi imtahan rəhbəri TEXT:Bu gün imtahan keçirdiyimiz Gəncə şəhər 1 nömrəli orta məktəbdə 242 nəfər bakalavr qeydiyyatdan keçmişdir ki, bunlardan da 2 nəfər imtahanda iştirak etməmişdi. Bu iki nəfər bakalavrlardan biri gecikdiyi üçün imtahan binasına buraxılmamışdı, biri isə imtahanda iştirak etməmişdi. mtahan butünü binalarda eyni vaxtda başlamışdı. Bu imtahan prosesində də Fövqalada Hallar, Səhiyyə orqanının əməkdaşları eləcədə polis əməkdaşları imatahanın təhlükəsizliyinə tam nəzarət edirlər.
- Baxış: 952