• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 28.05.2022 15:57

Müstəqillik günü qeyd edilib

KepezTV Player

Samuxda 28 may Müstəqillik günü münasibəti ilə rayon tədbiri keçirilib. Yeni Azərbaycan Partiyasının rayon təşkilatında baş tutan yığıncaqda 104-cü ili qeyd olunan müstəqilliyimizin tarixindən ətraflı danışılıb, Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk müstəqil dövlət olması vurğulanıb. Eyni zamanda, AXC-nin 23 aylıq fəaliyyəti dövründə gələcək varisi olan bu günkü müstəqil Azərbaycan Respublikası üçün bir çox dövlət orqanlarının, nazirliklərin, eləcə də strukturun yaradıldığı diqqətə çatdırılıb. Tədbirin sonunda Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda dövlət tərəfindən təltif edilən müharibə iştirakçılarına medallar təqdim olunub.