KepezTV Player
Əfv sərəncamının icrası başa çatıb. Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub. 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilib. Əfv olunan şəxslər arasında 3 jurnalist və bloqer, 3 siyasi partiya üzvü var.
- Baxış: 443