• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 28.05.2022 11:57

Narkotik yetişdirən şəxs saxlanılıb

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin  əməkdaşları kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar ediblər.

Rayonun Sabirkənd kənd sakini Nəriman Məmmədovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərini yetişdirdiyi müəyyən edilib. Ərazidən 16 ədəd ümumi çəkisi 5 kq 800 qram olan narkotik çətənə kolları və yardımçı tikilidən isə qurudulmaq üçün saxlanılan qurudulmuş marixuanaaşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin fevral ayında satış məqsədi ilə əkdiyini etiraf edib. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.