• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 27.05.2022 20:31

“Böyük Qayıdış”a start verilib

KepezTV Player

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.Sonra dövlət başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər. Prezident bildirib ki, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir deyən dövlət başçısı vurğulayıb ki, məhz iqtisadi müstəqillik nəticəsində bu gün Ağalı kəndi dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə, kəndin genişləndirilməsi və əlavə 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşası nəzərdə tutulur. Bu gün “Böyük Qayıdış”a start verilib. O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına - istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi burada yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz.