• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2366
— 26.05.2022 17:20

"Texnofest Azərbaycan" çərçivəsində aviaşou

KepezTV Player

Bakı səmasında “Texnofest Azərbaycan” festivalı çərçivəsində Azərbaycan qırıcılarının aviaşousu olub. Festival çərçivəsində “Türk Ulduzları”nın və Türkiyə istehsalı HÜRKUŞ təlim təyyarələrinin uçuş şouları baş tutub.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, “Akıncı” pilotsuz uçuş aparatlarının  Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır. Hazırda bununla bağlı aidiyyəti qurumlar Azərbaycanla danışıqları davam etdirir. “Akıncı” PUA-sı ilə bağlı birgə nələri istehsal edə bilərik, hazırda onları dəyərləndiririk. Bizim aidiyyəti qurumlar Azərbaycanla sıx işbirliyində çalışır deyən nazir qeyd edib ki, Azərbaycana kosmik sahədə, o cümlədən peyklərin istehsalı sahəsində dəstək göstərməyə hazırdırlar. Türk Aerokosmik Sənayesinin Baş direktoru Temel Kotil isə bildirib ki, "Texnofest Azərbaycan"da nümayiş etdirilən "Gökbey" helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb. "Azərbaycana da bu helikopterlərin alınması təklif edilir. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər.