• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 26.05.2022 16:42

Ceyhun Bayramov Mirzoyanla növbəti telefon danışığını istisna etməyib

KepezTV Player

Post münaqişə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılır.Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. Bildirib ki, bu baxımdan, Brüssel görüşünü yüksək qiymətləndiririk."Müstəqillik qazandıqdan sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməməsinin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi idi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra sərhədlərin müəyyən edilməsinin də hüquqi müstəvidə həll edilməsinin zamanı çatıb. Brüssel görüşündə əsas məqam ondan ibarətdir ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın tərkibi artıq təsdiqlənib, - nazir qeyd edib. Bayramov Mirzoyanla növbəti telefon danışığını istisna etməyib. Hazırda növbəti telefon danışığının olacağı ilə bağlı tarix yoxdur. Ancaq ehtiyac olacağı təqdirdə növbəti telefon danışıqlarını istisna etmirəm. Sitatın sonu