• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 26.05.2022 16:35

Prezident və Birinci xanım Füzuli, Cəbrayıl və Zəngilana səfər ediblər

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Dövlət başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna gəliblər. Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanışlıq olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilib. Daha sonra dövlət başçısı və xanımına Zəngilan şəhərinin Baş planı təqdim olunub.