• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 26.05.2022 15:02

Kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayrılıb

KepezTV Player

“Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb". Bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib. Bildirib ki, ilkin mərhələdə 8 min məcburi köçkünün öz yurd-yuvalarına qayıtdıqdan sonra təmiz su ilə təmin olunması nəzərdə tutulur.
Moon Jong Hyun: Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru - Layihə çərçivəsində Azərbaycanın bir sıra bölgələrində kəhrizlərin yenidənqurulması yeni innovativ texnologiyalardan istifadə olunmaqla həyata keçirilib. O cümlədən kənd yerlərində ümumilikdə 400 kilometr uzunluğundakı kəhriz sistemləri yenidən qurulub. Həmçinin suvarma sahəsində ixtisaslaşan mütəxəssislər üçün təlimlər təşkil olunub. Bununla yanaşı, məcburi köçkünlərin kiçik sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə xüsusi plan hazırlanıb. Layihənin icrası nəticəsində məcburi köçkünlər filtrasiyadan keçirilmiş suya çıxış imkanı əldə edəcəklər.