• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2115
— 26.05.2022 14:06

Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb

KepezTV Player

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayıb.
Tədbir 4 gün davam edəcək. “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Festivalda ümumilikdə 33 ölkədən 200 mindən çox ziyarətçinin iştirakı proqnozlaşdırılır. Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.