• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 26.05.2022 11:00

Gəncədə qaz sızmasından partlayış olub, ölən var

KepezTV Player

Fövqəladə Hallar Nazirliyi Gəncədəki yanğınla bağlı məlumat yayıb. Nazirliyin xəbərinə görə, yanğınla nəticələnən partlayış hadisəsi beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə  baş verib. Nəticədə mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. “Azəriqaz” İstehsalat Birliyindən isə bildirilib ki, partlayışın səbəbləri araşdırılmadan, rəsmi mövqe açıqlanmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyini demək olmaz.