• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 25.05.2022 20:03

Baş konsulun xanımı tərəfindən master-klass

KepezTV Player

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 21-27 may tarixlərini əhatə edən türk mətbəxi həftəsi çərçivəsində qardaş ölkənin Gəncədəki Baş Konsulluğu tərəfindən gəncəli xanımlara və uşaq evinin sakinlərinə təlimlər keçirilib. Baş Konsulunun xanımı Ayfər Öztürk tərəfindən türk mətbəxinin ləziz təamlarının hazırlanması, təqdim olunması və süfrənin tərtib edilməsi əyani şəkildə iştirakçılar göstərilib. Təlimlərlə mantı, yarpaq dolması, bir sıra şirniyyatlar, börək və təbii şirənin hazırlanma qaydaları izah olunub. Təqdimatlar maraqla qarşılanıb və təlimdə iştirak edənlər tərəfindən hazırlanan yeməklər dequstasiya edilib.