• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 25.05.2022 20:06

Məktəblilər maarifləndirilib

KepezTV Player

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı silsilə tədbirlər çərçivəsində Samuxda məktəblilərlə görüş keçirilib. Ombudsmanın Gəncə Regional Mərkəzinin nümayəndələri və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları erkən nikah, zərərli vərdişlər və dini radikalizm barəsində şagirdlərlə maarifləndirici söhbətlər aparıblar. Son dövrlərdə narkomaniyaya meyllilik, məktəblilər arasında erkən nikah, həmçinin azyaşlılara satış məntəqələrində qanunla qadağan olunmuş tütün məmulatları və alkoqollu içkilərin satılması hallarından söz açılıb. Belə halların yolverilməzliyi vurğulanıb. Eyni zamanda Azərbaycan və ölkə hüdudlarından kənarda bir çox dini radikalizm və ekstremizm qruplarının təsir dairəsinə düşməmək üçün valideynlərə övladlarını nəzərət altında saxlamaq tövsiyyə edilib.