• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 25.05.2022 16:25

Kitabxanada "Şuşa ili" ilə bağlı tədbir

KepezTV Player

Gəncədə şəhid ailələri, qazilər və mədəniyyət işçilərinin iştirak etdiyi “Şuşa ili” ilə bağlı tədbir keçirilib. Mərkəzi Kitabxanada reallaşan tədbirdə mədəniyyətimizin, incəsənətimizin beşiyi olan Şuşanın tarixən Azərbaycanlıların sıx məskunlaşdığı və əsrlər boyu yaşadığı şəhər olduğu vurğulanıb. İşğaldan azad edilməsilə şəhərin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çox əsirlik mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına imkan yarandığı bildirilib. Tədbirdə Gəncənin orta məktəb şagirdləri Qarabağa həsr olunan səhnə nümayiş etdirib, şerlər söyləyiblər.