KepezTV Player
İraqda cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilən 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəmizə repatriasiyası həyata keçirilib. XİN-dən bildirilib ki, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilən əlaqələndirilmiş və mərhələli tədbirlər nəticəsində mümkün olub. Azərbaycana gəldikdən sonra uşaqlar zəruri tibbi yoxlamadan keçirilib, müvafiq prosedurlar tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə tutulur. Bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, İraqdan ölkəmizə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb.
- Baxış: 611