• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2227
— 20.05.2022 19:17

Şəhər birinciliyi başlayıb

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə mini-futbol üzrə şəhər birinciliyinə start verilib. 28 may Müstəqillik Gününə həsr olunan yarışda idarə, müəssisə və təşkilatların komandaları iştirak edirlər. İdman liseyinin süni örtüklü meydançasında baş tutan qarşılaşmalarda 18 kollektiv gücünü yoxlayır. Birinciliyin sonunda ilk 3 yerin sahibi diplom və medalla, həmçinin qalib kubokla təltif ediləcək.