• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 19.05.2022 15:40

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyib

KepezTV Player

İran-Azərbaycan sərhədini pozmağa cəhd edən azərbaycanlı İran sərhədçiləri tərəfindən güllələnərək öldürülüb. Hadisə mayın 16-da baş verib. Musayev Mircavad Mircəlal oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edib. Bu zaman İran sərhədçiləri tərəfindən silah tətbiq edilib və Mircavad Musayev həyatını itirib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, mayın 18-də ölən şəxsin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş verən hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib.