• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1905
— 16.05.2022 21:12

Şəmkirdə evdə yanğın olub

KepezTV Player

Bu gün günorta saatlarında Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsində ikimərtəbəli evdə yanğın baş verib. Yanğın Fuad Süleymanova məxsus ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib. Alovun evin digər hissələrinə keçmək riski çox yüksək olub. Havanın küləkli və yanğının mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin fəaliyyəti sayəsində qarajda baş verən yanğın qısa müddətdə söndürülub və evə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 m² sahədə yanıb.Xəsarət alan olmayıb.