Zəngilanın Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir. Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı elektrik xətti çəkilir.Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir.Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə: yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də tam təmin edəcəkdir.
- Baxış: 693