Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Texnologiya Universiteti və “Gəncə İş Adamları” İB-nin birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin innovativ texnologiyalar əsasında inkişafı üzrə İşçi Qrup yaradılıb. UTECA-da keçirilən görüşdə İşçi Qrup tərəfindən iqtisadi rayon üzrə sənayenin innovativ texnologiyalar əsasında inkişafı proqramı və İnvestisiya Xəritəsinin yaradılması barədə razılığa gəlinib. Birgə iş mövcud vəziyyətin təhlili, regionun sənaye potensialının qiymətləndirilməsi, sənayenin perspektiv inkişaf modelinin qurulması, perspektiv sahələr üzrə inkişaf potensialının qiymətləndirilməsi, pilot sənaye sahəsi üzrə klaster təşəbbüsünün hazırlanması və həyata keçirilməsini özündə ehtiva edir. Məqsədə çatmaq üçün qida, yüngül sənaye və dağ-mədən metallurgiya sənayesi üzrə kadr hazırlayan Texnologiya Universitetinin imkanları yüksək dəyərləndirilib.
- Baxış: 900