• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1389
— 16.05.2022 11:02

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

KepezTV Player

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, mayın 14-də saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Göygöl RPŞ-də araşdırma aparılır.