• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 14.05.2022 11:29

Ələddin Abbasov - 100

KepezTV Player

Gəncədə Xalq artisti Ələddin Abbasovun 100 illik yubleyi qeyd edilib. Uzun illər çalışdığı Gəncə Dövlət Dram Teatrında baş tutan tədbirdə doğma kollektiv tərəfindən görkəmli sənətkarın xatirəsi anılıb, onun yaradıcılığı haqqında geniş bəhs olunub. Ələddin Abbasov yaradıcılığının romantik və realist aktyor məktəblərinin poetikası çərçivəsində formalaşdığı önə çəkilib. Canlandırdığı obrazların lirik-psixoloji üslublu tamaşaçılarda qəhrəmana məhəbbət hissi formalaşdırıb. Xalq artistinin aktyorluq təhsili olmasa da o xarakter, səs tembi, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəminə malik olub. Ələddin Abbasov yaradıcılığında şah əsərin Dəli kür filmində və tamaşasında oynadığı Cahandar ağa obrazı olduğu vurğulanıb. Məhz elə ona görə də onu səhnəmizin Cahandar ağası adlandırırlar.