• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 14.05.2022 11:24

Müharibədə ölən və yaralanan uşaqların sayı açıqlanıb

KepezTV Player

Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır. Ukraynanın daxili işlər nazirinin müşaviri Viktor Andrusivin sözlərinə görə, Rusiya qoşunları sərhədlərin müdafiəsi üçün hazırlaşmağa başlayır.Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirib ki, müharibə başlayandan Ukraynada 1015 yaşayış məntəqəsi işğaldan azad edilib. “Xarkov vilayətinin tədricən azad edilməsi sübut edir ki, biz heç biri yeri qarşı tərəfə verməyəcəyik”,- deyə Zelenski vurğulayıb. 200-cü Rusiya təyyarəsi vurulub açıqlaması isə Ukrayna Müdafiə Nazirliyindən verilib. Fevralın 24-dən son sutka da daxil olmaqla Rusiya Ordusunun 1 218 tankı, 2934 zirehli döyüş maşını, 551 artilleriya sistemi, 195 reaktiv yaylım atəşi sistemi, 88 havadan müdafiə sistemi, 163 helikopteri, 2059 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 411 dronu, 42 xüsusi avadanlığı, 95 qanadlı raketi, təxminən 27 200-dən çox canlı qüvvəsi məhv edilib.Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində isə indiyədək 227 uşaq ölüb, 420 uşaq güllə və qəlpə yarası alıb.