• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 14.05.2022 11:15

Bolqarıstan Azərbaycan qazını tam həcmdə alacaq

KepezTV Player

Bolqarıstan Azərbaycandan təbii qazın həcminin artımını ən perspektivli variant hesab edir. Baş nazir Kirill Petkov bildirib ki, iyulun 1-dən ölkəsi Azərbaycandan razılaşdırılmış təbii qazın bütün həcmini alacaq. Ölkədə tələb olunan qazın qalan miqdarı başqa üsullarla kompensasiya ediləcək. Bu “Qazprom”un təqdim etdiyinə alternativ olaraq ABŞ-dan gələn maye qaz ola bilər. Bolqarıstanda qaz təchizatı ilə bağlı yeni yaradılmış müvəqqəti komissiyanın bu işlə məşğuldur.