• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 13.05.2022 19:54

Basketbol üzrə yoldaşlıq görüşü keçirilib

KepezTV Player

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə Gəncədə basketbol idman növü üzrə yoldaşlıq görüşü keçirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 39 nömrəli tam orta məktəbin idman zalında baş tutan qarşılaşmada fiziki tərbiyə müəllimlərindən ibarət iki komanda üz-üzə gəlib. Maraqlı idman mübarizəsində keçən xatirə oyununun sonunda iştirakçılar diplomla təltif ediliblər.