• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 13.05.2022 20:04

KOB Fest sərgi-satış yarmarkası təşkil edilib

KepezTV Player

Gəncədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sərgi-satış yarmarkası təşkil edilib. Yarmakada 800-dən çox müxtəlif məhsullar nümayiş etdirilib.

KOB Fest sərgi-satış yarmarkası sahibkarların satış imkanlarının genişləndirilməsində və yerli məhsulların tanıdılmasında əhəmiyyətli hesab edilir.

Yarmarkada nümayiş etdirilən məhsullar Gəncə, Göygöl, Daşkəsən, Tovuz, Şəmkir və Gədəbəydən olan sahibkarlar tərəfindən təqdim edilib. 80-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qida, tekstil, zərgərlik məhsulları, mebel, bank, təhsil, tibb və reklam xidmətləri, hədiyyəlik əşyalar, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri sərgilənib.

Gəncədə təşkil edilən “KOB Fest" sayca 3-cüdür. Bundan əvvəl sərgi yarmarkası Bakı və Şəmkirdə reallaşıb və ilin sonunadək ayrı-ayrı regionlarda, eləcə də böyük şəhərlərdə keçiriləcək.