• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 13.05.2022 20:01

Daşkəsən və Göygöldə KOB dostları fəaliyyətə başlayıb

KepezTV Player

Bu gün Daşkəsən və Göygöl rayonlarında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostları fəaliyyətə başlayıb. Bununla da Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə KOB dostlarının sayı 3-ə çatıb. Hər iki rayonda KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir. Hazırda KOB dostları ölkənin 33 şəhər və rayonunda fəaliyyətini davam etdirir.