• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 13.05.2022 20:09

Dağılan dam örtüyündən islanan sakinlər

KepezTV Player

Uçub dağılan, köhnə yararsız halda olan dam örtüyü. Yağan yağış zamanı isə mənzillərə dolan su. Gəncənin Atatürk prospektində yerləşən 8 saylı binanın sakinləri uzun illərdir ki, belə vəziyyətdə yaşayırlar. Ətrafdakı yaşayış binalarından fərqli olaraq bina 8-in dam örtüyünün yeniənməməsi sakinlərin narazılığına səbəb olub. Əməkdaşımız Elnur Vahidoğlu məsələnin həll edilib-edilməyəcəyi ilə maraqlanıb. İzləyək.

Gəncənin Atatürk prospekti bina 8-in sakinləri illərdir ki, belə çətin vəziyyətdə yaşamaq məcburiyyətindədirlər. Ötən əsrin 60-cı illərində tikilən binanın dam örtüyü tamami ilə yararsız, uçub dağılmış haldadır. Yağan yağış, qar binanın yuxarı mərtəbəsində yaşayan sakinlərin gününü qara edib. "Su aydınlıqdır" kəlməsinin tam əksi olaraq nəmişlikdən yararsız hala düşən mənzillərdə yaşayırlar. Elə bloklarda da mənzərə fərqli deyil. İndiyədək dam örüyü təmir edilməyən binanın sakinləri çarəsiz vəziyyətdə qaldıqlarını deyirlər.

Sakinlərin də dediyi kimi bizim üçün ətrafdakı binaların dam örtüyünün təmir olması maraq doğurdu. Axı niyə yalnız 8-ci binanın dam örtüyü təmirsiz qalıb. Elə bu sualla da MKTİB-nə üz tutduq.

Verilən vəd görüləcək işin xoş sorağından xəbər verir. Atatürk prospekti bina 8-də yaşayan 70-ə yaxın ailənin bir az da səbri çatsa yenilənmiş dam örtüklü binanın sakinlərinə çevriləcəklər. Biz də məsələni diqqətdə saxlayacağıq.

Elnur Vahidoğlu