• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 12.05.2022 19:46

Türk şəhidlərinə abidə ucaldılacaq

KepezTV Player

Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılacaq abidəninin təməlqoyma mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, Türkiyənin Gəncədəki Baş Konsulu, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Bu abidə 11 iyun 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında döyüşən Osmanlı əsgərlərinin təxmini olaraq dəfn edildiyi məkanda, Şah Abbas Məscidinin yaxınlığında inşa olunacaq. Tədbirdə abidənin əsasının qoluymasının rəsmiləşdirilməsi münasibətilə qarşılıqlı olaraq sənəd imzalanıb. Daha sonra memorial kompleksin təməli atılıb.