• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 12.05.2022 14:40

Aqrosənaye tullantıları üzərində tədqiqlar həyata keçirilir

Müasir dövrdə insanların sayı artdıqca təbii olaraq ərzaq məhsullarına ehtiyac da günbəgün çoxalır. Bu tələbatı təmin etmək üçün dünyada bir sıra işlər görülür ki, aqrosənayə tullantılarının təkrar emal edilməsi də bunlardandır. Bu istiqamətdə ölkəmizdə də işlər həyata keçirilir və kənd təsərrüfatı tullantılarından yeni məhsul almaq üçün araşdırmalar aparılır. Ərzaq qıtlığını aradan qaldırmaq baxımından aqrosənayə tullantılarının təkrar emalı vacib əhəmiyyət kəsb edir. Dünyada istehsal olunan məhsulların demək olar ki, 20-30 faizi tullantı şəklində ətraf mühitə atılır və yenidən emal olunmur. Bu həm ekoloji mühiti korlayır, həm də ərzaq təminatı təminində çatışmazlıqlara gətirib çıxarır. Azərbaycanda aparılan tədqiqat və araşdırmalarla gələcəkdə aqrosənaye tullantılarından daha səmərəli istifadə etmək mümkün olacaq. Aqrosənaye tullantılarından faydalı komponentlərin alınması da mümkündür. İstehsal edilən bir sıra kənd təsərrüfatı məshullarının tullantısı təkrar emal olunmaqla müxtəlif sahələrdə istifadə oluna bilər.
Aqrosənaye tullantılarının tədqiqatı və araşdırılmasına Azərbaycanda son dövrlərdə başlanılıb. Qarşıdakı illərdə alimlər dünya təcrübəsindən yararlanmaqla bu sahədə yüksək nailiyyətlər əldə edərək qida sənayesinə böyük tövhə verə bilərlər. AMEA Gəncə Bölməsində “Aqrosənaye tullantılarının tədqiqi və təkrar emalı” mövzusunda keçirilən respublika elmi konfransında da bu barədə danışılıb. Müvafiq sahələrdə əmələ gələn və bilavasitə istifadə edilməyən belə tullantılardan xammal kimi istifadə etməyin mümkünlüyü vurğulanıb. Şşərab və şirə zavodları tullantılarının təkrar emalı və digər elmi istiqamətlər üzrə istifadəsinin mümkünlüyündən söz açılıb. Konfransda təqdim edilən məruzələrin aqrosənaye tullantılarının təkrar emalında elmi əhəmiyyətinə toxunulub.