• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 11.05.2022 19:16

5-15 yaş arası uşaqlar və yaşlı nəsil risk qrupundadır

KepezTV Player

Ümumdünya Astma ilə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il may ayında keçirilir. Əsas məqsəd ictimaiyyətin diqqətini astma ilə xəstələnmənin artması probleminə cəlb etmək, ondan əziyyət çəkənlərə göstərilən köməyin keyfiyyətini yüksəltmək və bu barədə insanları məlumatlandırmaqdır.

Astma dünyada ən geniş yayılmış xroniki xəstəliklərdən biridir və dünya əhalisinin 5 faizi, təxmini 300 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. İstənilən yaşda yarana bilən bronxial astma xəstəliyinə uşaqlar daha çox meyillidirlər.

Mütəxəsislər deyir ki, istənilən alergik reaksiyası olan insan potensial astma xəstəsi olma riskindədir. Bu qrupa bəzi kimyəvi qatqılarla işləyən, atrofik meyilliyi olan və siqaret çəkən insanlarda daxildir.

Hər il 250 mindən çox insanın bu xəstəlikdən həyatını itirdiyini düşünsək, astmaya biganə yanaşmamağın vacibliyini vurğulamaq olar. Astma xəstəliyinin müalicəsi var, ancaq zamanında həkimə müraciət edilərsə.

Həkimlərin məsləhətlərini dinləsək və özümüzü qorusaq bir çox xəstəlikləri asanlıqla dəf edə bilərik.

 

Aişə Rzayeva