• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 11.05.2022 19:50

Rus bölməsində təhsil alacaq şagirdlərin müsahibəsinə başlanılıb

KepezTV Player

Gəncə şəhərində bu tədris ilində 19 məktəbdə rus bölməsində 794 şagird məktəbə hazırlıq qrupunda təhsil alıb. Mayın 11-dən başlayaraq hazırlıq qruplarına cəlb olunan uşaqlar şəhərin 4, 7 və 25 nömrəli  orta məktəbində mərkəzləşmiş qaydada müsahibədən keçirlər. Şəhər təhsil idarəsinin 3 inskpektoru şagirdlərin dinləmə və rus dilində ünsiyyət qurma bacarıqlarını yoxlayır. Müsahibə mayın 31-dək davam edəcək. Bundan sonra məktəbəhazırlıq qruplarına cəlb olunmayan uşaqların birinci sinfə qəbulu da elektron qaydada həyata keçiriləcək.