Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			11.05.2022 16:03		
		Yaranan yarğana görə bulvarda hərəkət məhdudlaşdırılıb
KepezTV Player
					  
					  					  				“Gəncəçay” park-bulvar kompleksinin bir hissəsi çöküb. Hadisə mayın 9-da gecə saatlarında baş verib. Yağan güclü yağış səbəbindən çayda sululuğun artması istinad divarını yuyub və nəticədə piyadaların hərəkəti üçün nəzərdə tutulan yolun bir hissəsində uçqun baş verib. Bulvarın təxminən 50 m uzunluğunda və 3 metr enində olan hissəsi tamamilə dağılıb. Uçqun zamanı 10 metrə yaxın yarğan əmələ gəlib. Təhlükəsizlik baxımından ərazidə hərəkət məhdudlaşdırılıb. Gəncəçayda suyun axın istiqamətini dəyişdirmək üçün məcrasında 2 traktor çalışır. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan yoxdur.
- Baxış: 1597

