• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 11.05.2022 12:00

Yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

KepezTV Player

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşınında olanlar - 2000-ci il təvəllüdlü Arif Səmədov, 2002-ci il təvəllüdlü Asif Səmədzadə və onun qardaşı, 2004-cü il təvəllüdlü Vasif Səmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.