Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Gəncədə ödənişsiz tibbi müayinələr təşkil edilib. Aksiya şəhid və qazi ailələri üçündür.
Gəncə şəhər icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə Sağlam Ailə Tibb Mərkəzində həyata keçirilir. Paytaxt xəstəxanalarında çalışan həkimlər 1ci və 2ci Qarabağ müharibəsi iştirakçılarını, müharibə əlillərini və şəhid ailələrini müayinə ediblər.
Layihə çərçivəsində Terapevt, Ginekoloq, Uroloq, Nevroloq, Dermatoloq, Endokrinoloq, Oftalmoloq, Kardioloq xidmətindən yararlanmaq mümkündür . Bundan başqa, rentgen müayinəsi, qanda şəkərin təyini və müxtəlif analizlər aparılır.
Tibbi müayinənin 2 gün davam etməsi nəzərdə tutulub.
Aişə Rzayeva
- Baxış: 777