KepezTV Player
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev ictimaiyyətə təqdim edilib.
Bununla bağlı Gəncə Şəhər Təhsil İdarəsinin binasında tədbir keçirilib. Yeni yaradılan Regional Təhsil İdarələrinin əhəmiyyətindən danışılıb.Bu proses ölkəmizdə aparılan təhsil islahatının növbəti mərhələsidir. Məqsəd təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və təhsil nəticələrinin daha da yaxşılaşdırılmasıdır.Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Gəncə, Naftalan Şəhər Təhsil idarələri, Daşkəsən, Göygöl, Samux və Goranboy Rayon Təhsil şöbələri var.
- Baxış: 869