• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 01.05.2022 19:55

9-cu siniflərin buraxılış imtahanı keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən Samux rayonunda 9-cu siniflərin yekun atestasiya imtahanı keçirilib. 4 binada təşkil edilən imtahana 83 nəzarətçi müəllim, 11 imtahan rəhbəri cəlb olunub. Ümumilikdə imtahanda 858 şagird iştirak edib. Pandemiya qaydalarına uyğun keçirilən imtahanda şagirdlər binaya daxil olarkən onların əlləri dezinfeksiya məhlulu ilə dezinfeksiya edilib. Bundan başqa şagirdlər siniflərdə partalarda tək-tək əyləşdirilib. İmtahan saat 11-də başlayıb və şagirdlərə 3 saat vaxt verilib. Bu müddətdə şagirdlər riyaziyyatdan, ana dili və xarici dildən onlara verilən sulları cavablandırıblar. İmtahan da heç bir neqativ hal baş verməyib.