Təhsil Nazirliyi tərəfindən 3 ildir ki, orta məktəblərdə peşə təmayüllü siniflər formalaşdırılıb. 80 məktəbdə 500-ə yaxın belə sinfilər fəaliyyət göstərir. Göygöl rayonun 2 orta məktəbində isə 6 peşə təmayyüllü sinif yaradılıb. Maraq və müraciət çox olduğundan gələn tədris ilindən peşə təmayyülü sinfilərin sayının artırılması nəzərdə tutulur.
Göygöldə peşə təmayüllü siniflər 5 saylı orta məktəbdə yaradılıb. Bir sinifdə 8 şagird informasiya kommunikasiya texnalogiyaları bacarıqlarına yiyələnir. 10 şagirdə isə dərzi peşəsi aşılanır
Rayonun 1 saylı orta məktəbində isə 4 peşə təmayyüllü sinif fəaliyyət göstərir. 10-cü sinif şagirdləri dərzi və dülgər ixtisaslarına, 11-cilərdən ibarət sinif isə aşbaz, istilik sistemləri və kondisioner ustası üzrə bilik və təcrübələrə sahib olurlar. Şagirdlər həftənin 3 günü orta məktəb dərslərində, 2 gün isə peşə dərslərində iştirak edirlər. Həmçinin peşə təmayüllü siniflərdə ünsiyyət qurmaq, özünü təqdim etmək, komandada iş kimi bacarıqlar da öyrədilir.
Kənd təsərrüfatı, xidmət və təmir-tikinti sahələri üzrə də peşə təmayyüllü siniflərin yaradılması planlaşdırılır ki, burada da məqsəd əmək bazarına hazırlıqlı kadrların yetişdirilməsidir. Yeni tədris ilindən Göygölün daha 2 məktəbində belə siniflər yaradılacaq.
Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə yiyələndikləri təsdiq edən sertifkatla da təmin ediləcəklər.
Elnur Vahidoğlu
- Baxış: 362