• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2319
— 30.04.2022 12:09

Narkotik saxlamaqda və oğurluqda şübhəli billinən şəxslər saxlanılıb

KepezTV Player

Göygöldə narkotik vasitə saxlamaqda və oğurluq etməkdə şübhəli billinən şəxslər saxlanılıb. Oruc Məmmədov, Eşqin Məmmədov, İftixar Süleymanov, Ramiz Həsənov və Şahin Əliyevin Polis Şöbəsində üzərinə baxış keçirilən zaman müxtəlif çəkilərdə heroin, metamfetamin və digər psixotrop maddələr aşkar olunaraq götürülüb. Şahin Əliyevin ətrafında aparılan istintaq-əməliyyat təbirləri nəticəsində onun aprelin 18-də “Aztelekom” MMC-yə məxsus naqili və tanışı Namiq Əliyev ilə qabaqcadan əlbir olaraq rayon ərazisindəki ümumi dəyəri 3744 manat olan artezan quyusunun elektrik naqillərini oğurlaması da müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.