KepezTV Player
Bu gündən Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Səfirliyin ünvanı dəyişməyib. Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla sabahdan başlayaraq qrafik üzrə hər gün işləyəcək. Səfirliyin Lvovda yerləşən müvəqqəti ofisində isə mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may tarixinədək davam etdiriləcək.
- Baxış: 1017