KepezTV Player
"Yaxın iki ildə informatika fənni qəbul imtahanlarına salınacaq". Təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda 2-ci Beynəlxalq konfransda çıxışı zamanı belə deyib. Bildirib ki, bu, ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq. Həmçinin qeyd edib ki, Azərbaycan 2023-cü ilin mayında Beynəlxalq Qiymətləndirmə Assosiasiyasının keçirdiyi qiymətləndirmə layihəsinə qoşulacaq. Emin Əmrullayev məktəblərdə şagirdlərin bullinqə məruz qalmasına qarşı pilot layihənin icra ediləcəyini deyib.
- Baxış: 582