Gədəbəy rayon sakini, 1945-ci il təvəllüdlü Solmaz Hüseynova yaşadığı evdə sobanın yanında uzanan zaman qadının paltarı alışıb. Yaşlı qadın yanıq xəsarətləri alıb və xəsatəxanaya yerləşdirilib. Qadına ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Ötən gün qəfildən halı pisləşən qadını yaxınları xəstəxanaya çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq 77 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 566