• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 27.04.2022 19:23

Qusarda narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb

KepezTV Player

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarına riayət etməyən sürücünü saxlayıblar. Belə ki, rayon sakini Müzəffər Şahbazlı idarə etdiyi “VAZ-21101” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını, ictimai-asayişi nümayişkəranə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər törədib. M.Şahbazlı polis əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılarkən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. O, həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Qusar Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs olunub.