• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 678
— 26.04.2022 20:38

Gömrükdə maye halında 308 kq-a yaxın psixotrop maddə aşkarlanıb

KepezTV Player

Gömrükçülər tərəfindən külli miqdarda psixotrop maddənin qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “ferrosilikon” yükü aparan “Volvo” markalı nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında rentgen qurğusundan keçirilməklə yoxlanılıb.Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinə fiziki gömrük baxışı həyata keçirilib. Bu zaman yanacaq və su çənlərində süni olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş gizli saxlanc yerlərindən xalis çəkisi 307 kiloqram 900 qram olan maye halında psixotrop maddə - metamfetamin aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb.