KepezTV Player
Gəncədə Təhsil İdarəsi "Oxu günü" ilə bağlı tədbir keçirib. Şəhərin Xanbağında təşkil edilən tədbirdə ölkəmizdə kitaba marağın artırılması üçün görülən işlərdən söhbət açılıb. Dövlət qurumlarının dəstəyi ilə yeni kitabxana resurslarının artırılması, eləcə də yeni nəşrlərin oxucuların ixtiyarına verilməsi vurğulanıb. Kitablara bədii əsərə marağın artırılması üçün orta məktəblərdə, kitabxanalarda yazıçı və şairlərlə tez-tez görüşlər keçirilir. Bütün bunlar uşaqların kitaba, bədi əsəsrlərə marağının artırılması üçün atılan addımlardır. Daha sonra qonaqlar orta məktəb şagirdlərinin nümayiş etdirdikləri görkəmli Azərbaycan ədiblərinin obrazlarına və məşhur əsərlərindən personajlara tamaşa edib, müxtəlif əsərlər əsasında səhnəcikləri izləyiblər.
- Baxış: 712