• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 23.04.2022 16:02

Qiymətli əşya tapa bilməyib pencəyi oğurladı

KepezTV Player

Xaçmazda şadlıq evinin mühafizəçisinə qarşı quldurluq edən şəxs tutulub. Hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirən naməlum şəxs quldurluq yolu ilə pul, eləcə də başqa qiymətli əşya tapa bilməyib zərərçəkənin pencəyini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı məlumat daxil olan kimi Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxs – əvvəllər məhkum olunmuş Quba rayon sakini Asəf Ocaqov saxlanılaraq istintaqa təqdim edilib. A.Ocaqov ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.